Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
XQ xarici mediaya istinadən xəbər verir ki, “Dujuan” tayfununun gətirdiyi leysan yağışları Yaponiyanın şərqində ciddi fəsadlara səbəb olub.
Güclü yağışların yaratdığı torpaq sürüşmələri nəticəsində 4 nəfər həyatını itirib, 6 nəfər isə itkin düşüb.
Təbii fəlakət nəticəsində təxminən 45 min ev elektrik enerjisiz qalıb. Kanto bölgəsində daşqınlar və torpaq sürüşmələri qeydə alınıb, bəzi ərazilərdə əhali üçün təxliyə xəbərdarlıqları verilib.
Tayfun artıq Yaponiyanın şərq sahillərindən uzaqlaşaraq Sakit okeana doğru hərəkət edib. Buna baxmayaraq, bəzi bölgələrdə daşqın və sürüşmə riski qalır.
Səadət Rzayeva
XQ