Yaponiyada tayfun xəbərdarlığı: Daşqın və sürüşmə riski

05.09.2025

Azxeber.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yaponiya Meteorologiya İdarəsi sakinlərə xəbərdarlıq edib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyi ölkənin qərbi üçün Wipha qasırğası ilə bağlı xəbərdarlıq edib.

Xəbərdarlıqda güclü yağışın 4-cü dərəcəli sürüşmə və daşqın riski yaratdığı bildirilir.

Səlahiyyətlilər qeyd ediblər ki, tayfun 5 sentyabr cümə günü səhər saat 9:00 radələrində Sakit okean sahilləri ilə hərəkət edərək Vakayama prefekturasının şimal hissəsinə çatıb.

Meteoroloqlar güclü yağış və daşqın təhlükəsi ilə əlaqədar sakinləri ehtiyatlı olmağa çağırıb.

Gülay

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью