Статья не опубликована
Yaponiyada təcili yardım helikopteri qəzaya uğrayıb, 3 nəfər ölüb | Icma.az

Yaponiyada təcili yardım helikopteri qəzaya uğrayıb, 3 nəfər ölüb

07.04.2025

Icma.az bildirir, Aznews.az portalına istinadən.

Yaponiyada göyərtəsində 6 nəfərin olduğu təcili yardım helikopteri dənizə düşüb .

Yaponiya Sahil Mühafizəsinin əldə etdiyi məlumata görə, vertolyot Naqasaki prefekturasının Tsuşima adasından Fukuoka prefekturasındakı xəstəxanaya qalxdıqdan təxminən 10 dəqiqə sonra saat 13:43 radələrində əlaqə kəsilib.

Xəbər alındıqdan sonra naviqasiya marşrutu boyunca axtarışlara başlanılıb və helikopter dəniz səthində tərs vəziyyətdə aşkar edilib. Helikopterdə olan 6 nəfərdən 3-nün hadisə yerindən sağ-salamat xilas edildiyi açıqlanıb.

Mövsüm

Aznews.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью