Yaponiyada yanardağ püskürdü: Təhlükə xəbərdarlıqları verildi

11.08.2025

News24 portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yaponiyanın Kirişima dağlarında yerləşən "Şinmoedake" yanardağı bazar günü səhər yerli vaxtla 05:23-də püskürüb.

News24.az xəbər verir ki, kraterdən 3 kilometr hündürlüyə qalxan kül buludları şimal-şərq istiqamətində hərəkət edərək Miyazaki bölgəsinə çata bilər.

27 iyundan bəri aralıqlı fəallıq göstərən yanardağ bölgə sakinləri üçün yenidən təhlükə yaradıb. Meteorologiya Agentliyi kraterin 14 kilometr şimal-şərqinə qədər kiçik vulkanik daşların yağa biləcəyini, 3 kilometr yaxınlıqda iri daşlar, 2 kilometr yaxınlıqda isə piroklastik axınların müşahidə oluna biləcəyini bildirib.

Xeyrənsə Piriyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью