Yaponiyada yanğın: Deputatın əri və qızı öldü FOTO

28.11.2024

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yuxarı Palata deputatı Kuniko İnoquçinin Tokiodakı iqamətgahında yanğən baş verib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, yanğında onun 80 yaşlı əri Takashi İnoquçi və  böyük qızı ölüb.

Təxminən saat 19:10-da bir hadisə şahidi polisə zəng edərək Tokionun Bunkyo məhəlləsində altı mərtəbəli yaşayış binasından yanğın siqnalı eşitdiyini bildirib.

KİV-in məlumatına görə, İnoquçinin əri və böyük qızı axşam saat 5 radələrində yaşayış binasına ayrı-ayrılıqda daxil olarkən təhlükəsizlik kamerası görüntülərinə düşüb. 

Fidan
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью