Yaponiyada zəlzələ nəticəsində 71 min evə ziyan dəyib

28.09.2026

Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.


Yaponiyanın Kumamoto prefekturasında 28 iyulda baş verən 7,1 bal gücündə zəlzələdən sonra təxminən 71.000 yaşayış binası zədələnib.
Newscenter.az TASS-a istinadən bildirir ki, həmin evlərin sökülməyə və ya təmirə ehtiyac duyulur. Qeyd edək ki, məlum zəlzələ zamanı 38 nəfər ölüb, yüzlərlə insan xəsarət almışdı.
Hazırda fəlakət zonasında 1500-dən çox insan hələ də təxliyə mərkəzlərində saxlanılır. Bir çox yerli sakin uzun müddət zədələnmiş evlərdə qalmaqdan qorxaraq maşınlarında yatmağa məcburdur. 2300-dən çox ev yenidənqurma üçün yararsız hesab edilib.
İndiyə qədər hakimiyyət orqanları qurbanların yerləşdirilməsi üçün 1900 müvəqqəti sığınacağın tikintisi üçün maliyyə vəsaiti alıb. Lakin, bu tikililərdən yalnız 650-sində tikinti işlərinə başlanılıb və ya qismən başa çatıb.
Anar
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью