Yaponiyada zəlzələ olub

17.11.2024

Icma.az, Operativmedia portalına istinadən məlumat verir.

Yaponiyanın Amami adaları yaxınlığında 6 maqnitudalı zəlzələ qeydə alınıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Milli Meteorologiya İdarəsi məlumat yayıb.

Məlumata görə, zəlzələ ocağı 10 km dərinlikdə yerləşib. Zərərçəkənlər və dağıntılar barədə məlumat verilmir.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələnin maqnitudası 6,2 olub. Sunami təhlükəsi elan edilməyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью