Yaponiyada zəlzələ olub xəsarət alanlar var

19.11.2026

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Yaponiyanın cənub-qərbində zəlzələ baş verib.

525.az “Kyodo News”a istinadən xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, Kumamotoda 5,7 bal gücündə zəlzələ baş verib. İlkin məlumatlara görə, zəlzələ nəticəsində ən azı iki nəfər xəsarət alıb.

Episentri Amakusa-Aşikita bölgəsi olan yeraltı təkanlar 10 kilometr dərinlikdə baş verib.

Zəlzələ Kyuşu, Şikoku və Honşu adalarının bəzi yerlərində də hiss edilib.

İbrahim Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью