Newscenter.az saytına istinadən Icma.az xəbər verir.
Milli Meteorologiya Administrasiyasının məlumatlarına əsaslanan TASS hesablamalarına görə, Yaponiyanın şimal-şərq sahillərinin şərqində baş verən güclü zəlzələdən sonra 5,4 bal gücündə ən azı altı təkan baş verib.
Üç metrə qədər sunami xəbərdarlığına səbəb olan güclü zəlzələnin maqnitudası əvvəlcə 7,4 olaraq qiymətləndirilib, sonradan 7,5-ə qaldırılıb və axşam saatlarında 7,7-yə endirilib.
Bəzi ərazilərdə hündürlüyü 80 sm-ə qədər olan dalğalar artıq sahilə çatıb. Daha yüksək dalğaların riski hələ də qalmaqdadır.