Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Sosial şəbəkələrdə Yaponiyadan məhsul sifarişi adı altında vətəndaşların etibarından sui-istifadə edən şəxslə bağlı ciddi iddialar yayılıb.
“Yeni Sabah” xəbər verir ki, zərərçəkənlərin verdiyi məlumata görə, 22 iyun 2006-cı il təvəllüdlü, Sumqayıt sakini olan və hazırda Yaponiyada yaşadığı bildirilən Aytən Əhmədova "yaponiyasemaa" adlanan "Instagram" səhifəsi vasitəsilə insanları aldadaraq pullarını mənimsəyib.
Sifarişlər üçün əvvəlcədən "beh" alan həmin şəxsin ödənişdən sonra zənglərə cavab vermədiyi və əlaqəni kəsdiyi bildirilir. Məhsul almaq istəyən vətəndaşlar eləcə də şübhəli şəxsə aid kart məlumatlarının, bank qəbzlərinin və Yaponiyaya aid "+81 70-7788-5666" əlaqə nömrəsinin əllərində olduğunu qeyd edərək hüquq-mühafizə orqanlarından və ictimaiyyətdən yardım istəyiblər. pizza sifarişi