Dogru.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Yaponiyadan Rusiyaya işlənmiş minik avtomobillərinin idxalında artım qeydə alınıb.
Doğru.az xəbər verir ki, 2026-cı ilin yanvar-avqust aylarında Rusiyaya Yaponiyadan 171 600 işlənmiş minik avtomobili gətirilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30,5 faiz çoxdur.
İdxal olunan avtomobillər arasında ən böyük pay Toyota və Honda markalarının payına düşüb. Toyota 32,6 faiz, Honda isə 30,4 faizlə ilk iki sırada qərarlaşıb.
Ən çox idxal edilən digər markalar Suzuki (9,3 faiz), Mazda (5,9 faiz) və Volkswagen (3,9 faiz) olub.
Model üzrə isə ilk pillədə 14 657 ədəd göstərici ilə Honda Freed qərarlaşıb. Sonrakı yerləri Honda Stepwgn (12 580), Honda Fit (9 973), Toyota Corolla (9 893) və Suzuki Jimny (9 082) tutub.
Qeyd edək ki, avqust ayında Rusiyada 114,3 min yeni minik avtomobili satılıb. Bu göstərici ötən ilin eyni ayı ilə müqayisədə 6,5 faiz azdır.
DOĞRU.AZ