Yaponiyalı canlı əfsanə dünya çempionu oldu

05.10.2026

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakıda keçirilən cüdo üzrə dünya çempionatında qadınlar arasında 52 kq çəki dərəcəsində mübarizə aparan yaponiyalı ulduz Uta Abe karyerasında 6-cı dəfə dünya çempionu tituluna yiyələnərək adını cüdo tarixinin ən titullu idmançıları sırasına yazdırıb.

Futbolpress.az xəbər verir ki, Azərbaycanda ilk dəfə dünya çempionluğuna yüksəlməsindən 8 il sonra yenidən Bakıda fəxri kürsünün ən yüksək pilləsinə qalxan 26 yaşlı cüdoçu gərgin keçən final görüşündə İspaniya təmsilçisi Arian Toro Soleri üstələyib.

Bu zəfərlə Abe şəxsi dərəcədə 6 dənə dünya çempionluğu bulunan Klaris Abaqnenou və İnqrid Berqmansın göstəricisinə çatıb.

Hazırda dünya çempionatları tarixində yalnız Teddi Riner (11 dəfə), həmçinin 7 qızıl medala sahib Ryoko Tani və Ven Tonq yaponiyalı idmançıdan öndə qərarlaşıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью