Yaponiyalı cüdo ulduzları Bakıya gəlir

29.01.2025

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yaponiyanın cüdo millisi fevralın 14-16-da Bakıda keçiriləcək “Böyük dəbilqə” turnirində iştirak edəcək.

İdman.biz xəbər verir ki, komandanın heyətində 19 idmançı yer alacaq.

Onların arasında Olimpiya oyunlarının gümüş mükafatçısı Sanşiro Murao (90 kq), həmçinin Olimpiya çempionu və beşqat dünya çempionu Uta Abe (52 kq) də var.

Digər yaponiyalı cüdoçulardan dünya çempionu Ryucu Naqayama (60 kq) və dünya çempionatı mükafatlarının bütün dəstlərinin sahibi Mami Umekini (78 kq) də qeyd etmək olar.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью