futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İcarə əsasında “Kəpəz”də çıxış edən Ryonosuke Ohori klubu tərk edəcək.
Futbolpress.az-ın məlumatına görə, Gəncə təmsilçisi 25 yaşlı yarımmüdafiəçinin transfer hüquqlarını almayacaq.
Ohori müqavilə ilə “Neftçi”yə məxsusdur. Onun “ağ-qaralar”la anlaşması 2027-ci ilin yayına kimidir. Lakin Ohori “Neftçi”də də qalmayacaq. Onun paytaxt klubu ilə müqaviləsi ləğv ediləcək.
Asiyalı futbolçu karyerası ilə bağlı hələ qərar verməyib.
Şahin Cəfərov