Reyting.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Sentyabrın 18-də Çinin Quandun əyalətinin Sincan şəhərində 10 yaşlı yapon uşağı bıçaqlayaraq öldürən şəxs edam edilib.
Reyting.az bildirir ki, “Japan Times” qəzetinin diplomatik mənbələrə istinadla verdiyi məlumata görə, Çin Xarici İşlər Nazirliyi Yaponiyanın Pekindəki səfirliyinə “Cong Xangxun” kimi tanınan 44 yaşlı hücumçunun edam edildiyi barədə məlumat verib.
Açıqlamada şübhəlinin nə vaxt və harada edam edildiyi barədə məlumat verilməyib.
Atası yapon, anası isə Çin vətəndaşı olduğu bildirilən 10 yaşlı uşaq 2024-cü il sentyabrın 18-i səhər saatlarında Şincindəki Yapon İbtidai məktəbinə gedərkən hücuma məruz qalıb. Xəsarət alan uşaq aparıldığı xəstəxanada dünyasını dəyişib, hücum edən şəxs isə hadisə yerində saxlanılıb.
Şübhəli uşağa bıçaqla hücum etdiyini etiraf edib və polisdəki ifadəsində qətli tək törətdiyini bildirib. Şübhəli əvvəllər telekommunikasiya şəbəkəsində təxribat törətmək və ictimai asayişi pozmaqda ittiham olunub.
Yanvar ayında Şınçında keçirilən məhkəmədə cinayətkar edam cəzasına məhkum edilib.
V. QULİYEV