Yaponiyalı məşhur karate ustası Azərbaycana gəlib AZƏRTAC

12.12.2024

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 12 dekabr, AZƏRTAC

Yaponiyalı məşhur karate ustası, 9-cu dan qara kəmər sahibi Hitoşi Kasuya Azərbaycanda səfərdədir.

Azərbaycan Karate Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, o, 32-ci ümumrespublika seminarının açılış mərasimində iştirak edəcək.

Kasuyanın rəhbərliyi ilə keçiriləcək seminar dekabrın 13-də başlayacaq və 3 gün davam edəcək. Açılış mərasimi sabah saat 09:30-da başlayacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью