Yaponiyalı nazir bu sözünə görə üzr istədi KONKRET

19.05.2025

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yaponiyanın kənd təsərrüfatı naziri Taku Eto tərəfdarlarının hədiyyələri sayəsində heç vaxt düyü almadığını dediyi üçün üzr istəyib.

KONKRET.az xəbər verir ki, açıqlama sosial mediada sərt reaksiyalara səbəb olub.

Eto sözlərinin narahatlıq doğurduğunu anlayaraq bunun zarafatla deyildiyini bildirsə də, qiymət artımı fonunda onun açıqlaması geniş tənqidə tuş gəlib.

Aynurə İsmayıl

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью