Yaponiyalı nazir: “COP29da ölkələrin yekun razılığa gələcəklərinə inanıram”

13.11.2024

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

“COP29 iqlim dəyişikliyi ilə mübarizə aparmaq və 1,5 dərəcə hədəfinə çatmaq üçün həqiqətən çox yaxşı bir fürsətdir. Artıq bizim ümumi bir qlobal məqsədimiz var və bu, birgə işləmək üçün əla bir fürsətdir”.
Bizim.Media xəbər verir ki, bu fikirləri COP29-da iştirak edən Yaponiyanın qlobal ətraf mühit məsələləri üzrə nazir müavini Yutaka Matsuzava jurnalistlərə açıqlamasında bildirib.
Nazir Azərbaycanın təşkilatçılığını yüksək qiymətləndirdiyini qeyd edib:
 

“Azərbaycan hökumətinin təşkilatçılığına hörmətlə yanaşıram”.


Matsuzava COP29-un sonunda ölkələrin yekun razılığa gələcəyini gözlədiyini və buna inandığını vurğulayıb.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью