Icma.az, Ayna portalına istinadən məlumat yayır. Müdafiə xərcləri ölkə tarixində ilk dəfə olaraq 8 trilyon yeni keçə bilər Yaponiya hökuməti
AYNA xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.
Bildirilib ki, müdafiə xərcləri ölkə tarixində ilk dəfə olaraq 8 trilyon yen (təxminən 52 milyard dollar) keçə bilər.
Hərbi büdcənin artırılması hökumətin təsdiq etdiyi müdafiə potensialının artırılması və zərbə silahlarının qəbulu strategiyası çərçivəsində həyata keçirilir.
Yaponiyanın Səhiyyə, Əmək və Rifah Nazirliyi əhalinin qocalması ilə artan sosial təminat xərclərini qarşılamaq üçün rekord məbləğdə 34 trilyon yen (təxminən 220 milyard dollar) tələb edib.
Qeyd olunur ki, bütün nazirlik və idarələrdən daxil olan müraciətlərin ümumi məbləği 117,6 trilyon yeni (762 milyard dollardan çox) ötüb.
Hazırda Maliyyə Nazirliyi bütün müraciətlərə baxır. Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.