Yaponiyanın Baş naziri ABŞ yə səfər edib

07.02.2025

Icma.az, Missiya.az portalına istinadən məlumatı açıqlayır.

Yaponiyanın Baş naziri Şiqeru İşiba ABŞ-yə səfər edib.

Missiya.Az xəbər verir ki, o, burada ABŞ Prezidenti Donald Trampla görüşəcək.

Bildirilib ki, liderlərin müdafiə və iqtisadiyyat sahələrində əməkdaşlığın dərinləşdirilməsini müzakirə edəcəkləri gözlənilir.

Qeyd olunub ki, İşiba azad və açıq Hind-Sakit okean regionunun təmin edilməsi üçün ölkələr arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayacaq.

Daşqın Həsənov
Missiya.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью