Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Yaponiyanın Baş naziri Sanae Takaiçi beynəlxalq sammitdə qeyri-adi davranışı ilə diqqət çəkib.
"Cebheinfo.az" xəbər verir ki, Şençjendə keçirilən dünya liderlərinin sammitində Takaiçi Malayziyanın Baş naziri Ənvər İbrahimlə yanaşı əyləşib. Görüş zamanı Malayziya hökumət başçısının salamlaşmasına əllərini birləşdirərək cavab verən Takaiçi geniş təbəssümlə gülümsəyib, əyləncəli mimika göstərib və hətta bir anlıq dilini çıxarıb.
Yaponiyanın Baş nazirinin bu səmimi davranışını əks etdirən görüntülər qısa müddətdə sosial şəbəkələrdə geniş yayılıb və istifadəçilərin diqqətini cəlb edib.
Rəsmi beynəlxalq görüşlərin ciddi atmosferində baş verən bu maraqlı an sammitin diqqətçəkən görüntülərindən birinə çevrilib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin