Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Yaponiyanın hakim Liberal Demokrat Partiyasının (LDP) lideri, Baş nazir Sanae Takaiçi parlamentin aşağı palatasına keçiriləcək növbədənkənar seçkilərdən əvvəl kampaniya apararkən qolundan xəsarət alıb və hazırda müalicə alır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə NHK telekanalının aparıcısı hakim partiyaya istinadən debatdan əvvəl məlumat verib.
Zədə səbəbindən Takaiçi televiziyada yayımlanan partiya liderlərinin debatını buraxacaq. Onun yerini partiyanın əsas siyasi şurasının lideri tutacaq.
Yaponiya Parlamentinin aşağı palatası üçün növbədənkənar seçkilər 8 fevralda keçiriləcək.