Yaponiyanın Baş naziri: Şimali Koreya ilə dialoqa hazırıq

23.09.2026

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 23 sentyabr, AZƏRTAC

Yaponiyanın Baş naziri Sanae Takaiçi ölkəsinin Şimali Koreya ilə dialoqa hazır olduğunu bildirib.

AZƏRTAC xəbər verir ki, Takaiçi BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxışı zamanı Yaponiya ilə Şimali Koreya arasında qarşılıqlı faydalı münasibətlərin qurulmasının vacibliyini vurğulayıb.

“Yaponiyanın və Şimali Koreyanın gələcəyi naminə, Yaponiya-Şimali Koreya Pxenyan Bəyannaməsinə uyğun olaraq qarşılıqlı faydalı münasibətlər qurmaq üçün dialoqa və konkret tədbirlər görməyə hazıram”, – deyə Baş nazir bildirib.

Qeyd edək ki, Pxenyan Bəyannaməsi 2002-ci il sentyabrın 17-də Yaponiyanın Baş naziri Cuniçiro Koizuminin Pxenyana səfəri zamanı imzalanıb. Sənəd tərəflərin münasibətlərin normallaşdırılmasını nəzərdə tutur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью