Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.
Yaponiyanın hakim Liberal Demokrat Partiyasına rəhbərlik edən Baş nazir Sanae Takaiçi parlamentin aşağı palatasına keçiriləcək növbədənkənar seçkiqabağı təşviqat zamanı əlini zədələyib.
Globalinfo.az xəbər verir ki, bu barədə “NHK” telekanalı məlumat yayıb.
Bildirilib ki, zədə səbəbindən Takaiçi partiya liderlərinin televiziya debatlarında iştirak edə bilməyəcək:
“Onu proqramda partiyanın Siyasi Şurasının rəhbərlərindən biri əvəz edir. Hazırda Takaiçi müalicə olunur”.
Qeyd edək ki, Yaponiya parlamentinin aşağı palatasına növbədənkənar seçki fevralın 8-də keçiriləcək.