Report.az saytına istinadən Icma.az xəbər verir. Yaponiya Azərbaycanla iqlim şəffaflığı sahəsində əməkdaşlığı daha da inkişaf etdirməyi plan
Bu barədə “Report”a eksklüziv müsahibəsində Yaponiya Ətraf Mühit Nazirliyinin Qlobal Ətraf Mühit Bürosunun nümayəndəsi Akiko Maruo bildirib.
"İlk növbədə, Azərbaycanı COP29-a uğurlu sədrliyi münasibətilə təbrik etmək istərdik.
İqlim dəyişikliyinin təsirlərinin azaldılmasına gəldikdə, tərəflərin ambisiyalarını artırmaq üçün Qlobal qiymətləndirməyə diqqət yetirmək vacibdir.
Biz bütün tərəfləri 1,5 dərəcə hədəfinə uyğun olan və ən son elmi məlumatlara əsaslanan, bütün istixana qazlarını, sektorları və s.
əhatə edən ümumiqtisadi emissiyaların azaldılması hədəflərini müəyyən etməyə çağırırıq.
Həmçinin ölkələri, eləcə də böyük iqtisadiyyatları emissiyaların azaldılmasının mütləq göstəricilərini təyin etməyə çağırırıq", - o deyib.
A.Maruo vurğulayıb ki, COP29 çərçivəsində Yaponiya Azərbaycanla birlikdə Qlobal İqlim Şəffaflığı üzrə Bakı Platformasının (BTP) tədbirini təşkil edib: "Biz iqlim təşəbbüslərinin həyata keçirilməsində şəffaflığın təmini üçün Azərbaycanla bu istiqamətdə əməkdaşlığı davam etdirəcəyik".