Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.
Bizimyol.info xəbər verir ki, sənədlərin mətnindən göründüyü kimi, 2024-cü il seçkiləri ərəfəsində qəbul edilən analoji proqramda bu mövqe açıq şəkildə ifadə olunub.
Bununla belə, Tokio rəsmiləri tərəfindən dəfələrlə səsləndirilən bu mövqe partiyanın siyasi yanaşmalarını əhatə edən 165 səhifəlik ayrıca sənəddə saxlanılıb. Həmin sənəddə Moskvaya qarşı sanksiya təzyiqi ilə bağlı müddəa dəyişməz qalıb. Ukraynaya yardım göstərilməsi ilə bağlı mövqe də demək olar ki, əvvəlki kimi qorunub.
Eyni zamanda, 2024-cü ilin seçki vədlərindən fərqli olaraq, bu dəfə əsas sənəddə Rusiya yalnız Yaponiyanın müdafiə potensialının gücləndirilməsi kontekstində xatırlanır. LDP “geosiyasi gərginliyin normaya çevrildiyi şəraitdə” Yaponiyanın üzləşdiyi təhdidlərə qarşı durmağı və vətəndaşların həyatını və əmlakını, eləcə də ölkənin ərazisini, ərazi sularını və hava məkanını qətiyyətlə qorumağı vəd edir. Belə gərginlik nümunələri kimi Çinin hərbi gücünün artması, Şimali Koreyanın raket-nüvə proqramı və Ukraynadakı vəziyyət göstərilir.
Qeyd edək ki, Tokio 2022-ci ildən etibarən Rusiyaya qarşı bir neçə sanksiya paketi qəbul edib ki, bu da ikitərəfli iqtisadi münasibətlərin ciddi şəkildə azalmasına səbəb olub. Buna cavab olaraq Rusiya Yaponiya ilə sülh müqaviləsi üzrə məsləhətləşmələri dayandırıb. Moskva, həmçinin Cənubi Kuril adalarında birgə təsərrüfat fəaliyyəti ilə bağlı danışıqlardan çıxıb və adaların keçmiş yapon sakinlərinin ora səfərləri dayandırılıb.
Qadir, Bizimyol.info