Yaponiyanın kənd təsərrüfatı məhsullarının ixracı rekord həddə çatıb

03.02.2026

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 3 fevral, AZƏRTAC

Yaponiyanın kənd təsərrüfatı məhsullarının ixracı rekord həddə - 1,7 trilyon yenə çatıb.

AZƏRTAC Yaponiyanın Kyodo informasiya agentliyinə istinadla xəbər verir ki, ölkənin kənd təsərrüfatı, meşəçilik və balıqçılıq məhsullarının ixracı ardıcıl 13-cü ildir ki, rekord yeniləyir. Sağlam qidalanmaya marağın artması ilə yaşıl çay, mal əti və düyü daxil olmaqla 20 əsas məhsul üzrə ixracda yüksək göstəricilər əldə edilib.

Ən böyük ixrac bazarları ABŞ (276,2 milyard yen), Honkonq (222,8 milyard yen), Tayvan (181,2 milyard yen) və Çin (179,9 milyard yen) olub.

Düyü ixracı 3,2 faiz artaraq 46 min 573 tona, qablaşdırılmış hazır düyü isə 21,8 faiz artaraq 2 min 950 tona çatıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью