Icma.az, Oxumeni.az portalına istinadən məlumatı açıqlayır.
Yaponiyanın ən şimalındakı Hokkaydo adasında 2300-dən çox ayı öldürülüb. Yerli hakimiyyət orqanlarının rəsmi açıqlamasına görə, bu, 1962-ci ildə belə statistika aparılmağa başlandığı vaxtdan bəri ən yüksək rəqəmdir. Bu barədə Kyodo agentliyinin yaydığı məlumatda deyilir.
Sənəddə qeyd olunur ki, buna səbəb ayıların ovlanmasının qadağan edilməsindən sonra onların saylarının sürətlə artması, eyni zamanda onlarda yem çatışmazlığıdır. Nəticədə ac ayılar yaşayış məskənlərinə yaxınlaşaraq insanlara və kənd təsərrüfatı heyvanlarına hücum edərək onları parçalayırlar.
Aprel ilə sentyabrın əvvəlləri arasında Yaponiyada ayı hücumları nəticəsində altı nəfər ölüb, təxminən 30 nəfər yaralanıb, yüzlərlə ev heyvanı bu vəhşilərin qurbanı olub
Hokkaydoda 2025-ci maliyyə ilində qatarların ayılara dəyməsi ilə bağlı 57 hadisə qeydə alınıb. Regional dəmir yolu şirkəti JR Hokkaydo-nun açıqlamasına görə, bu, həmçinin belə statistikanın ilk dəfə 20-ci əsrin ortalarında tərtib edilməsindən bəri rekord göstəricidir. Ayı hadisələri dəmir yolu nəqliyyatını əhəmiyyətli dərəcədə pozur, çünki qatarla toqquşma yalnız heyvanın xəsarət almasına səbəb ola bilər və bu da ciddi təhlükə yaradır.
Əziz Mustafa