Yaponiyaya 1972 ci ildən bu yana rekord miqdarda qar yağıb: Xəbərdarlıq edildi | Icma.az
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir. Fevralın 4-nə keçən gecə Yaponiyanın şimalına rekord miqdarda qar yağıb.
Pis hava şəraiti xüsusən Hokkaydo prefekturasının bəzi ərazilərinə təsir edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "RBC.ua" nəşri məlumat verib.
Məlumata görə, Hokkaydo prefekturasının Tokaçi dairəsinin Obihiro şəhərinə 12 saat ərzində 120 sm-dən çox qar düşüb və rekord göstərici olub.
Yaponiyanın özəl hava proqnozu şirkəti olan "Weathernews Inc"in məlumatına görə, bu hündürlükdə qar sonuncu dəfə 1972-ci ildə yağıb.
Kyusyu bölgəsinin bəzi ərazilərində havanın temperaturu artıq mənfi 12 dərəcədən aşağı düşüb.
Yaponiyanın bəzi yerlərində qar fırtınası və tufan gözlənilir, meteorologiya idarəsi həm sakinlərə, həm də ölkənin qonaqlarına güclü qar, çovğun və yüksək dalğalar barədə xəbərdarlıq edib.
Pis hava şəraiti nəticəsində elektrik enerjisi kəsilmələri, ağacların aşması və uçqun kimi hallar baş verə bilər.
Tam oxu
Xəbəri oxu