Yaponlar ABŞ təyyarələrinin səsinə görə təzminat alacaq 16 milyon

29.01.2026

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Yaponiyada məhkəmə Asiya dövlətinin cənubunda yerləşən Kadena şəhərinin sakinlərinə ABŞ Hərbi Hava Qüvvələrinin eyniadlı aviabazasından qalxan təyyarələrin yaratdığı səs-küyə görə ümumilikdə təxminən 16,3 milyon dollar məbləğində təzminatın ödənilməsi ilə bağlı yerli hökumətin üzərinə öhdəlik qoyub.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məhkəmə qərara alıb ki, Amerika təyyarələrinin yaratdığı səs-küy çirklənməsi şəhər sakinlərinin gündəlik həyatını pozur və onlara “təyyarə səsindən qaynaqlanan narahatlıq, əsəbilik, yuxu pozuntusu və mümkün aviaqəzalarla bağlı təşviş şəklində psixoloji zərər” vurur.

Sakinlər 2019-cu ilin əvvəlindən 2025-ci ilin ortalarınadək dəymiş ziyana görə kompensasiya alacaqlar. Ödənişin məbləği şəhər sakininin bazadan nə qədər müddətdir və hansı məsafədə yaşamasından asılı olacaq. Bununla yanaşı, məhkəmə iddiaçıların ABŞ Hərbi Hava Qüvvələrinin bazadakı fəaliyyətinin məhdudlaşdırılması tələbinı rədd edib, çünki Yapon hökumətinin bu sahədə səlahiyyəti yoxdur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью