Yaponlar ölkədəki son pandalarla vidalaşırlar

25.01.2026

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yaponiyanın minlərlə sakini Syao-Syao və Ley-Ley adlı pandaların Çinə geri qaytarılmasından əvvəl sonuncu dəfə görmək üçün Tokiodakı Ueno heyvanat parkına gəlir.

Moderator.az TASS-a istinadən xəbər verir ki, məməlilər vətənlərinə göndərildikdən sonra Yaponiya son yarım əsrdə ilk dəfə olaraq öz heyvanat parklarında pandasız qalacaq.

Heyvanat parkının administrasiyasının məlumatına görə, böyük izdiham səbəbindən həmin gün üçün ziyarət biletləri öncədən lotereya vasitəsilə oynanılıb - cəmi 4 400 ədəd bilet təqdim edilib.

Yaponiya tərəfi ehtiyat edir ki, iki ölkə arasında münasibətlərin kəskinləşməsi səbəbindən Çin Yaponiyaya yeni pandaların icarəyə verilməsindən imtina edə bilər.

Belə bir fikir artıq Çin mediasında və sosial şəbəkə istifadəçiləri tərəfindən səsləndirilib. Onlar Yaponiya baş nazirinin Tayvanla bağlı bəyanatlarına görə ölkəni kəskin tənqid edirlər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью