Yaponlar Trampdan ehtiyat edirlər

20.01.2025

Teleqraf.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yaponların dörddə üç hissəsi ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın hakimiyyətindən ehtiyat edir.

Teleqraf.com xəbər verir ki, Yaponiyadakı qəzetlərin birində dərc olunmuş sorğunun nəticələrində belə deyilir.

Yaponların 72 faizi Trampın "Amerika hər şeydən öndədir" siyasətindən narahatdırlar. Respondentlərin cəmi 21 faizi yeni seçilmiş prezidentlə bağlı təşviş keçirmirlər. Sorğu iştirakçılarının 66 faizinin fikrincə, Yaponiyanın baş naziri Siqeru İsibanın yeni prezidentlə etibarlı münasibət quracağına emid edir.

Yanvarın 17-19-da keçirilən sorğuda 1015 nəfər iştira edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью