Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.
Yaponların baş məşqçisindən "şifrəli" metod - Şəkillər
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
DÇ-2026-nın qrup mərhələsində Yaponiya millisinin Niderlandla heç-heçə etməsi diqqət çəkən hadisələrdən biri olub.
QOL.az xəbər verir ki, yaponlar hesabı matçın son dəqiqələrində bərabərləşdirərək vacib xal qazanıblar. Görüş zamanı komandanın baş məşqçisi Hacime Moriyasonun istifadə etdiyi üsul da böyük marağa səbəb olub.
Belə ki, mütəxəssis futbolçulara taktiki tapşırıqları çatdırmaq üçün xüsusi lövhələrdə kodlaşdırılmış mesajlar yazaraq onları meydançaya göstərib. Moriyasonun bu addımı mətbuat və azarkeşlər tərəfindən yaradıcı və qeyri-adi həll kimi dəyərləndirilib.
Qeyd edək ki, Yaponiya millisi qrup mərhələsinin növbəti turunda Tunis yığması ilə qarşılaşacaq.