Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Yaprak dökümü"nün aktrisası Deniz Çakır illər sonra serialdakı rolundan danışıb.
BAKU.WS xəbər verir ki, "Empati" proqramına qonaq olan aktrisa canlandırdığı Ferhunde obrazından çox şey öyrəndiyini etiraf edib: "Ferhunde"ni çox sevdiyimi indi başa düşdüm.
O obraz üçün çox darıxıram. Bu rolun oynadığım digər qadın rollarından daha dəyərli olduğunu anladım. Həmin vaxtlar yaşım 20-dən çox idi.
O obrazı anlamağa çalışarkən evliliyə aid çox şey öyrəndim. O roldan sonra özümə "Mən indi aktrisayam" dedim".
Xatırladaq ki, "Yaprak dökümü" 2006-2010-cu illərdə ekranlara gəlib.
Layihə nümayiş olunduğu müddətdə olduqca geniş tamaşaçı auditoriyasına və reytinqə sahib olub.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.