Yaradan buranı bir başqa yaradıb

15.11.2024

Icma.az xəbər verir, Ayna saytına əsaslanaraq.

Cənnət görmək istəyən Sıma gəlsin

Astara rayonunun dilbər guşələrindən biri olan Sım kəndi rayon mərkəzindən 45 kilometr məsafədə, ucqar dağlıq ərazidə, dəniz səviyyəsindən 800 metr hündürlükdə yerləşir.

“Sım” sözü talış dilində “sıldırım”, “hündür”, “qayalıqda yerləşən kənd” mənasındadır. Dağlar qoynunda yerləşən bu məkanı cənub bölgəsində bulaqlar və şəlalələrin mənbəyi də adlandırırlar.

Bura eyni zamanda payızın ən gözəl mənzərə yaratdığı bölgələrimizdən biridir. Səyahət planınıza payızda Sım kəndinə getməyi daxil etsəniz, heç də peşman olmazsınız. Burada təbiətlə tarixiliyin hormoniyasını aydın formada müşahidə edə bilərsiz.

AYNA Sım kəndindən çəkilən fotoları oxucularına təqdim edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью