“Yaradıcı ideyalar müştərinin əlində qalıb” Mütəxəssis

09.12.2025

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

“Azərbaycanda reklamçılıq peşəsi hələ tam olaraq peşəkar təhsil sistemi ilə dəstəklənmir. Bu sahədə ailəvi və institusional təhsil yoxdur, yalnız az sayda kurslar və seminarlar mövcuddur”. 
Bunu Demokrat.az-a açıqlamasında reklam üzrə mütəxəssis Anar Veyis deyib.
O qeyd edib ki, maliyyə baxımından reklamçılıq çox gəlirli və inkişaf edən sahədir:
“Gənclər bu sahəyə maraq göstərsələr də, inkişaf baxımından çətinliklər yaşayırlar. Hazırda ölkədə reklamlar çox vaxt təkrarçılıq təşkil edir və yaradıcı tərəf zəif inkişaf edib. Bunun əsas səbəbi odur ki, müştərilər reklam ideyasına kifayət qədər maliyyə ayırmır. Nəticədə bazar zəif inkişaf edir və reklamçılar çox vaxt müştərinin qərarlarına tabe olurlar. Bu, yaradıcı işin çətinləşməsinə gətirib çıxarır. Əgər bu sahəyə investisiya qoyan və yaradıcı insanlar qoşulsa, həm ölkə, həm də cəmiyyət üçün faydalı olar. Orta gəlirli şirkətlər yenilikdən qorxur, korporativ üslub, sloqan və reklamın yerləşmə yeri kimi qərarlar əsasən müştərinin istəyi ilə müəyyənləşdirilir. Bu isə bəzi reklam kampaniyalarının uğursuz olmasına səbəb olur və günah reklamçılara yazılır. Buna görə də, xarici ekspertlərin və sahə üzrə təcrübəli şəxslərin masterklasslarının təşkili vacibdir. Reklamçılıq sahəsini öyrənmək istəyənlər üçün xüsusi təlim və mərkəzlərin yaradılması bu sahənin inkişafına böyük töhfə verə bilər”.
Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью