Yaradıcı İnkişaf Proqramı başlayıb │ FOTOLAR

02.06.2026

Azvision saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Sözün Gücü: Effektiv Nitq və Diksiya” adlanan təlimdə iştirakçılara müasir onlayn kommunikasiyalar dövründə səsin və nitqin oynadığı mühüm rol, onlardan düzgün istifadə etməyin vacibliyi izah olunub.

Təlimçi Zaur Tahirsoy iştirakçılara auditoriyaya təsir etməyin incəlikləri, danışıq texnikaları, düzgün tələffüz, nəfəsin idarə olunması barədə məlumat verib. Səhnə qorxusunun səbəbləri, səsin psixoloji təsiri, “ilk 7 saniyə” effekti aydınlaşdırılıb.
“Reels” çəkmək istəyənlər üçün səsdən və nitqdən düzgün istifadənin incəlikləri iştirakçılara xüsusi izah olunub. “Reels” danışığının ritmi, viral nitq, “ilk 3 saniyə” prinsipinin nə olması həm nəzəri, həm də praktik tərəflərdən öyrədilib.

Qeyd edək ki, “Sözün Gücü: Effektiv Nitq və Diksiya” Yaradıcı Mərkəzin təşkil etdiyi Yaradıcı İnkişaf Proqramının çərçivəsində keçirilən ilk təlimdir. Növbəti günlərdə iştirakçıları “Səhnənin dili”, “Yaradıcılıqda Süni Zəka”, “İdeyadan Biznesə”, “Stil və Kimlik”, “Rəqəmsal fırça”, “Səhnədə Sən”, “Brendini Yarat”, “İdeyadan məhsula”, “Sözdən bəstəyə”, “Haradan pul tapmaq olar” mövzusunda dərlsər gözləyir.

Təlimlərdə iştirak ödənişsizdir. Qoşulmaq üçün +994 99 818 99 99 WhatsApp nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Azı 3 təlimdə iştirak edən şəxslərə sertifikat təqdim olunacaq.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью