Yaralanan azərbaycanlının vəziyyəti açıqlanıb

05.03.2026

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

Bölgədə hərbi əməliyyatlar zamanı xəsarət alan Azərbaycan vətəndaşının vəziyyəti yaxşıdır.

Bunu Milli.Az-a açıqlamasında Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə  deyib.

O bildirib ki, indiyə qədər yalnız bir vətəndaşımız yaralanıb və yüngül xəsarət alıb.  

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib.

Böhran vəziyyətinə uyğun olaraq, bölgədə yerləşən Azərbaycanın səfirlikləri və Baş konsulluqları fəaliyyətini gücləndirilmiş rejimdə davam etdirir. XİN-in paylaşdığı səyahət xəbərdarlığına uyğun olaraq, İran ərazisində olan Azərbaycan vətəndaşlarının İrandan çıxışı üçün yerləşmə bölgəsindən asılı olaraq Azərbaycan və Türkiyə quru sərhədindən istifadə olunur.

Ayxan

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью