Yaralılar Bakıya yola salındı

26.12.2024

News24 portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı-Qroznı təyyarəsinin qəzaya uğraması nəticəsində yaralanan azərbaycanlılar Aktau hava limanından Bakıya göndərilib.  

News24.az xəbər verir ki, TNS-in əldə etdiyi məlumata görə, 14 yaralı hava limanına gətirilib, xüsusi reyslə Azərbaycana yola salınıb.

Qeyd edək ki, dekabrın 25-də Bakı-Qroznı reysi üzrə hərəkət edən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza zamanı təyyarədə 62 sərnişin, 5 ekipaj üzvü olub. Hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər xəsarət alıb. Ölənlərin 26, yaralıların isə 14 nəfəri Azərbaycan vətəndaşıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью