Yaralılar bu xəstəxanaya yerləşdirildi

26.12.2024

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində yaralanan şəxslər "Yeni Klinika"ya yerləşdiriliblər.

Modern.az xəbər verir ki, bunu qəzadan sağ çıxan Ayhan Bayramzadə Baku TV-yə açıqlamasında deyib.

O, hər şeyin qaydasında olduğunu söyləyib: "Şükür, hər şey yaxşıdır, özümü yaxşı hiss edirəm".

Qeyd edək ki, Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayan AZAL-a məxsus təyyarədə xəsarət alanlardan 14 nəfər yaralı və həyatını itirən 4 nəfərin nəşi Bakıya gətirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью