Yaranan yeni planet saniyədə 6 milyard ton sürətlə böyüyür

04.10.2025

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tədqiqatçılar müəyyən ediblər ki, formalaşmasının ilkin mərhələsində olan bir planet ətrafında qaz və toz yığınları toplanaraq saniyədə 6 milyard ton sürətlə böyüyür ki, bu da planetin indiyədək qeydə alınmış ən yüksək artım sürətini göstərir.

Bizimyol.info xəbər verir ki, Avropa Cənub Rəsədxanasından verilən açıqlamaya görə, tədqiqatçılar Yerdən təqribən 620 işıq ili uzaqlıqda olan və heç bir ulduzun ətrafında fırlanmadığı və kosmosda sərbəst hərəkət etdiyi üçün “sərbəst planet” sayılan səma cismini tədqiq ediblər.

Teleskopla əldə edilən məlumatları təhlil edən tədqiqatçılar, "Cha 1107-7626" adlı və Yupiterdən 5-10 dəfə böyük kütləyə malik planetin ətrafında qaz və toz yığınları topladığını və avqust ayı etibarilə saniyədə 6 milyard ton sürətlə böyüdüyünü müşahidə ediblər.

"Qeyri-adi planet"in bu artım tempinin bütün planet növü üçün qeydə alınmış ən yüksək göstərici olduğu bildirilir.

Həmçinin vurğulanmışdır ki, planetin böyümə sürəti sabit qalmayıb, kütlə sürəti cəmi bir neçə ay ərzində 8 dəfə artıb.

Tədqiqatçılar bildiriblər ki, tapıntılar yalanşı planetlərin əmələ gəlməsi mərhələləri haqqında məlumat verə bilər.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью