Yaranmış sülh qarşılıqlı etimada əsaslanır Qriqoryan

23.04.2026

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

"Yaranmış sülh qarşılıqlı etimada əsaslanır".

"Yeni Sabah" xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.

O, regional təhlükəsizlik vəziyyətinə toxunub, Ermənistan və Azərbaycan arasında bərqərar olan sülhün əhəmiyyətini vurğulayıb və onun institusionallaşdırılması üçün görülən işləri qeyd edib. Bu kontekstdə Təhlükəsizlik Şurasının katibi əldə edilən sülhün qarşılıqlı etimada əsaslandığına əminliyini bildirib.

A.Qriqoryan həmçinin mövcud razılaşmaların həyata keçirilməsinə və yaranan iqtisadi imkanlara toxunaraq kommunikasiyaların açılmasının vacibliyindən danışıb.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью