Yararlılıq müddəti bitmiş dərman vasitələri aşkarlanıb | Icma.az
Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir. 2024-cü ildə Penitensiar Xidmət müəssisələrinə başçəkmələr zamanı istifadəyə yararl
SİA xəbər verir ki, bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanının) 2024-cü il üzrə məruzəsində qeyd olunub.
Bildirilib ki, 2 saylı istintaq təcridxanası və 15 saylı cəzaçəkmə müəssisəsində tibbi-sanitariya hissələrinin qeydiyyat jurnallarında zəruri qeydlərin aparılmadığı və ya natamam aparıldığı (2 saylı istintaq təcridxanası, 5 və 7 saylı cəzaçəkmə müəssisələri) müşahidə olunub.
Bəzi müəssisələrdə dərman təminatının qənaətbəxş olmadığı, xüsusilə nevroloji xəstəliklərdən (epilepsiya, serebral iflic və digər), habelə İİV/QİÇS və şəkərli diabetdən əziyyət çəkənlər üçün dərmanların ümumiyyətlə verilmədiyi (2 və 5 saylı cəzaçəkmə müəssisələrində) müəyyən edilib.
Başçəkmələr zamanı bəzi müəssisələrdə dərman preparatlarının saxlanma qaydalarına riayət edilmədiyi, xüsusi soyuducuda saxlanılması zəruri olan dərmanların açıqda saxlanılması halları (5 saylı cəzaçəkmə müəssisəsi) aşkar edilib.
Başçəkmə çərçivəsində həyata keçirilən qəbullar zamanı bəzi məhkumlar tibbi xidmətlərdən şikayət etmiş, həkim qəbuluna düşməyin çətin olduğunu, ümumiyyətlə müayinə və müalicə olunmaqda çətinliklərlə üzləşdiklərini bildiriblər.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu