Yarasalardan yoluxur, 24 saat ərzində komaya salır Heç bir əlaməti yoxdur FOTO

26.01.2026

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Hindistanın Qərbi Benqal əyalətində yarasalardan yoluxduğu müəyyən edilən Nipah virusu panikaya səbəb olub. Heyvanlardan insanlara və insandan-insana keçə bilən bu virus başlanğıcda heç bir əlamət verməsə də, qısa müddətdə ağır tənəffüs yolu problemlərinə, beyin iltihabına və komaya yol açır. Müalicəsi və peyvəndi olmayan bu virusda ölüm nisbətinin 40% ilə 75% arasında dəyişməsi bölgədəki narahatlığı artırır.

Milli.Az xəbər verir ki, səhiyyə rəsmilərinin verdiyi məlumata görə, virus əyalət paytaxtı Kalkuttaya yaxın yaşayış məntəqələrində aşkar edilib.

Virus xüsusilə meyvə yarasaları və donuzlar vasitəsilə insanlara keçir.

Virusun insanlar arasında da sürətlə yayılma riski var. Hazırda 180 nəfər test edilib, 20 nəfər isə karantinə alınıb.

Həftə ərzində təsdiqlənən yeni yoluxmalar arasında bir həkim, bir tibb bacısı və bir səhiyyə işçisi var. Məlumata görə, ağır tənəffüs çatışmazlığı olan xəstəyə müdaxilə edən tibb bacısı qısa müddətdə komaya düşüb. Həmin xəstə isə test nəticələri çıxmadan vəfat edib.

Rəsmilər bildirir ki, virusa yoluxan şəxslərdə başlanğıcda heç bir simptom görünməyə bilər. Lakin xəstəlik irəlilədikcə aşağıdakı şikayətlər ortaya çıxır:

Yüksək qızdırma və baş ağrısı; Əzələ ağrıları, qusma və boğaz ağrısı; Kəskin tənəffüs yolu problemləri.

Lalə Qüdrətova
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью