Yardbarker : Hill və Rountrinin Bakıdakı döyüşü yaya başlamaq üçün əla fürsətdir | Icma.az
Idman.biz saytına istinadən Icma.az xəbər verir. “Bakıda keçiriləcək UFC turnirinin əsas döyüşü – Camaal Hill və Xalil Rountri arasındakı gö
İdman.biz xəbər verir ki, bunu məşhur idman portalı "Yardbarker" yazıb.
Sayt iyunun 21-də UFC-nin ilk dəfə Bakıya, Azərbaycana gələcəyini və azarkeşlərin gecənin əsas qarşılaşmasından böyük zövq alacaqlarını yazıb: "UFC gecəsində əsas döyüş yarımağır çəkidə olacaq.
Burada Camaal Hill və Xalil Rountri qarşılaşacaqlar. Bu döyüş artıq daha əvvəl baş tutmalı idi - onlar aprelin 26-da Kanzas-Sitidə döyüşməli
Lakin Hillin zədə səbəbindən geri çəkilməsindən sonra döyüş iyunun 21-nə təxirə salındı və tədbirin əsas döyüşü olacaq.
Bu iki döyüşçünün ötən yay planlaşdırılan qarşılaşması da ləğv edilmişdi – həmin vaxt Hill təsadüfən qadağan olunmuş maddə qəbul etdiyi üçün yarışlardan uzaqlaşdırılmışdı".
Hill sonuncu dəfə yanvarda UFC 311-də döyüşüb və üçüncü raundda İrji Proxazkaya nokautla uduzub.
Rountri isə ötən ilin oktyabrında yarımağır çəkidə titul döyüşündə Aleks Pereyraya (MMA 12-3, UFC 9-2) məğlub olub: "Əgər gözlənilməz bir hal baş verməzsə, üçüncü dəfə təyin olunan qarşılaşma iki həftə sonra keçiriləcək və bu döyüş yaya maraqlı başlamaq əla fürsət olacaq".
Tam oxu
Xəbəri oxu