Yardımın həcmi 500 yük maşınına çatdırılacaq | Icma.az
Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Qəzza zolağına göndərilən humanitar yardımın gündəlik həcminin 500 yük maşınına çatdırılması planlaşdırılır.
Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, bunu jurnalistlər üçün keçirdiyi brifinqdə ABŞ Dövlət Departamentinin Mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib.
“Bu, bir gecədə baş verməyə bilər, lakin biz yardımın gündəlik həcmini 500 yük maşınına çatdırmaq istərdik”, - o deyib.
"Təfərrüatlara gəlincə, mən sizi buna necə nail olmağın mütəxəssisi olan humanitar təşkilatlara istinad edəcəyəm.
Lakin onlarla bütün söhbətlərimizə əsasən, əmindirlər ki, atəş dayandırıldıqdan sonra göndərilən humanitar yardımın həcmini artıra biləcəklər", - Miller əlavə edib.
Qeyd edək ki, ötən gün Qəzza zolağında atəşkəs razılaşması əldə olunub.
Razılaşma vasitəçilərin bir neçə saatlıq gərgin fəaliyyətindən sonra bağlanıb.
Tam oxu
Xəbəri oxu