Yardımlardan təcrid etmək üçün hərbi təlimlər keçirilir

10.11.2026

Icma.az, Modern.az saytına istinadən bildirir.

Çin Tayvanı xarici hərbi yardımdan təcrid etmək üçün hərbi təlimlər keçirir.

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Bildirilib ki, Çin Hərbi Dəniz Qüvvələri “Liaoning” aviadaşıyıcısının və digər hərbi-dəniz birləşmələrinin iştirakı ilə mümkün düşmənin bölgəyə girişini məhdudlaşdırmaq məqsədilə təlimlər keçirir.

Bu manevrlərin əsas məqsədi Tayvana hücum olacağı təqdirdə ABŞ və onun müttəfiqlərinin müdaxiləsinin qarşısını almaqdır.

Tayvan Milli Təhlükəsizlik Şurasının məlumatına görə, ötən həftə ada ətrafında, Cənubi Çin dənizində və Sakit okean akvatoriyasında Çinə məxsus 100-dən çox hərbi gəmi və sahil mühafizəsi qüvvələrinin gəmisi müşahidə olunub. Bununla belə, Pekin genişmiqyaslı hərbi təlimlərin keçirildiyini rəsmi şəkildə elan etməyib.

Bütün bunlar Pekin və Taypey arasında gərginliyin artdığı, APEC sammiti çərçivəsində ABŞ Prezidenti Donald Trampla Çin lideri Si Cinpinin gözlənilən görüşü və Tayvanda noyabrın 28-də keçiriləcək yerli seçkilər ərəfəsində baş verir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью