Yardımlı rayon təhsil sektorunun inzibati binasının divarı uçdu

16.05.2025

Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yardımlı rayon təhsil sektorunun inzibati binasının divarı uçub.

Lənkəran-Astara Regional Təhsil İdarəsindən "Unikal"a bildirilib ki, son günlər müşahidə edilən intensiv yağıntılar nəticəsində Yardımlı rayon təhsil sektorunun inzibati binasının qarşısındakı istinad divarının müəyyən hissəsi uçub.

İnzibati binanın bəzi hissələrinə ziyan dəysə də, əməkdaşlardan xəsarət alan olmayıb və sektor normal iş fəaliyyətini davam etdirir. Yaranmış fəsadların aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlər görülür.

Xəlil Əliyev


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью