Yardımlı RİH başçısı Hamarkənddə səyyar qəbul keçirdi

19.11.2026

Icma.az, Bakupost portalına istinadən məlumat verir.


Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Orxan Məmmədov rayonun Hamarkənd kəndində sakinlərlə görüşərək növbəti səyyar vətəndaş qəbulunu keçirib.

"Bakupost" xəbər verir ki, görüşdə Hamarkənd, Abbasabad, Anzov, Solqard, Zəngəran və Bürzünbül kəndlərindən ümumilikdə 130 sakin iştirak edib.

Səyyar qəbulda ilk öncə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qəbulda çıxış edən rayon rəhbəri ölkəmizdə sosial-iqtisadi sahədə həyata keçirilən mühüm tədbirlərdən söz açıb, rayonda görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb.

Daha sonra vətəndaşların müraciət, təklif və problemləri fərdi qaydada dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerindəcə araşdırılaraq operativ şəkildə həll edilib. Əlavə araşdırma və vaxt tələb edən müraciətlər isə RİH başçısı tərəfindən xüsusi nəzarətə götürülüb və icrası üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Səyyar qəbulun sonunda kənd sakinləri vətəndaşların müraciətlərinə göstərilən həssas münasibətə, eləcə də bölgələrin inkişafına ayrılan yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını ifadə ediblər.

Həmçinin, RİH başçısı Hamarkənd və Anzov kəndlərində ucaldılmış Şəhidlərin xatirə komplekslərini ziyarət edərək abidələr önünə gül dəstələri düzüb və Vətən uğrunda canından keçmiş qəhrəmanlarımızın xatirəsini dərin ehtiramla yad edib.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью