Yardımlıda 16 kq narkotik vasitə aşkarlanıb, üç nəfər həbs edilib

26.09.2026

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yardımlıda üç nəfərdə 16 kq narkotik vasitə aşkarlanıb

DİN-nin mətbuat xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin dövriyyəsinə qarşı əməliyyat həyata keçirilib.

Tədbirlərlə hər üçü əvvəllər məhkum olunmuş V. Şahbazov, İ. Abışov və N. Məmmədli saxlanılıblar. Həmin şəxslərdən ümumilikdə 16 kiloqram nakrotik və 1340 ədəd narkotik tərkibli həb aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью